Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Prezident: "Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir"
sosial

Prezident: "Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir"

22-04-2026 21:00 19 Views
IMG

"Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6.1 faizinə bərabərdir".

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı bildirib.

 

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın valyuta və qızıl ehtiyatları xarici borcumuzu 18 dəfədən çox üstələyir.

 

"Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfra endirə bilərik", - deyən Azərbaycan Prezidenti əlavə investisiyalara böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.