Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Anar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdi
sosial

Anar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdi

22-04-2026 20:00 27 Views
IMG

Aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.

 

Tvit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da vəzifəsindən azad edilib.

 

Xatırladaq ki, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərova və "Yeni Klinika"nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

 

Məlumata görə, bu gün beş tibb müəssisəsinin rəhbəri tutduğu postdan kənarlaşdırılıb.