Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib
sosial

Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

22-04-2026 19:00 19 Views
IMG

Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparıblar.