Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport İran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİ
sport

İran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİ

21-04-2026 18:00 17 Views
IMG

İranın idman naziri Əhməd Dünyamalı İran milli komandasının hansı halda futbol üzrə dünya çempionatına yollanacağını açıqlayıb.

 

Tvit.az-ın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, milli komanda yalnız futbolçuların təhlükəsizliyi tam təmin olunduğu halda dünya çempionatına yollanacaq.

 

"ABŞ-də milli komanda oyunçularının təhlükəsizliyinə zəmanət verilərsə, biz dünya çempionatında iştirak edəcəyik. Lakin bu barədə yekun qərarı hökumət və Ali Milli Təhlükəsizlik Şurası qəbul edəcək", - deyə Ə.Dünyamalı diqqətə çatdırıb.

 

Xatırladaq ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq. Bir müddət əvvəl Yaxın Şərqdə gərginliyin artması və ABŞ-nin bu münaqişəyə cəlb olunması səbəbindən İran millisinin turnirdən imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı. Sonradan isə İran tərəfinin matçların ABŞ-dən Meksikaya keçirilməsi ehtimalını FIFA ilə müzakirə etdiyi aydınlaşıb.