Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakı metrosuna giriş dayandı - Sərnişinlər təxliyə olunur
sosial

Bakı metrosuna giriş dayandı - Sərnişinlər təxliyə olunur

21-04-2026 14:00 92 Views
IMG

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə "Tvit.az"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.