Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Yuri Qusev Azərbaycana təşəkkür edib
siyasət

Yuri Qusev Azərbaycana təşəkkür edib

20-04-2026 19:00 18 Views
IMG

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı bu ölkənin Azərbaycandakı səfirliyində olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.

 

"Keçən il Tokioda UMAC zamanı (Ukraine Mine Action Conference 2025) imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o qeyd edib.

 

Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:

 

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq".