Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu tarixdə yağış yağacaq - XƏBƏRDARLIQ
sosial

Bu tarixdə yağış yağacaq - XƏBƏRDARLIQ

17-04-2026 17:00 27 Views
IMG

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında aprelin 19-da, digər yerlərində isə aprelin 20-dən 21-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.