Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Avropa çempionatının ikinci günü: Hidayət Heydərov tatamiyə çıxır
sport

Avropa çempionatının ikinci günü: Hidayət Heydərov tatamiyə çıxır

17-04-2026 09:00 21 Views
IMG

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci günündə daha bir cüdoçumuz mübarizəyə qoşulacaq.

Tvit.az xəbər verir ki, bu gün Azərbaycanın son olimpiya çempionu, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov tatami üzərinə çıxacaq.

İdmançımız 1/16 final mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi Konstantinos Tsaparas ilə üz-üzə gələcək.

Xatırladaq ki, çempionatın ilk günündə yarışa qatılan 7 cüdoçumuzdan ikisi - 60 kiloqram çəkidə çıxış edən Əhməd Yusifov və 66 kiloqram çəkidə Turan Bayramov ölkəmizin aktivinə bürünc medallar yazdırıblar.

 

-73 kq, 1/16 final

Hidayət Heydərov - Konstantinos Tsaparas

Təsnifat mərhələsi - 10:00

Final bloku - 16:00