Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı
sosial

Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı

15-04-2026 17:00 9 Views
IMG

Qobustan Milli Tarix-Bədii Qoruğunun (MTBQ) Kiçikdaş dağı ərazisində yeni qayaüstü təsvirlər aşkar olunub.

 

Bu barədə Tvit.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

 

Təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir. Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir. Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir.

 

Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir.

 

Hazırda təsvirlərin sənədləşdirilməsi və 3D modelləşdirilməsi istiqamətində işlər davam etdirilir.