Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Üç ayda 76 milyon manatlıq narkotik MÜSADİRƏ EDİLİB
turizm

Üç ayda 76 milyon manatlıq narkotik MÜSADİRƏ EDİLİB

15-04-2026 11:00 12 Views
IMG

2026-cı ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 443 cinayət faktı aşkarlanıb.

 

Tvit.az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında bildirilib.

 

Qeyd edilib ki, onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1 889-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

 

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 2 ton 896 kq 808.712 qram və 17 ədəd həb narkotik vasitələr və psixotrop maddələr müsadirə olunub. Bunun 2 ton 477 kq 653.24 qramını marixuana, 171 kq 664.846 qramını heroin, 57 kq 520.39 qramını tiryək, 160 kq 241.04 qramını həşiş, 6 kq 536.7 qramını digər narkotik vasitələr və 23 kq 192.496 qramını psixotrop maddələr təşkil edib.

 

Bunlarla yanaşı 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülüb.

 

Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kq 808.712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min AZN kimi qiymətləndirilir.