Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Tanınmış professor işdən çıxdı
sosial

Tanınmış professor işdən çıxdı

15-04-2026 10:00 13 Views
IMG

Uzun müddət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi planlama departamentinin rəhbəri vəzifəsində çalışmış Hikmət İbrahimli vəzifəsindən ayrılıb.

 

Tvit.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifədən əvvəl Hikmət İbrahimli Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri vəzifəsində çalışıb.

O, COVID-19 pandemiyasının ilk günlərindən etibarən karantin və pandemiya dövründə tibbi qərargahın üzvü olub.

 

Hikmət İbrahimli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 aprel 2024-cü il tarixli qərarı ilə "professor" elmi adına layiq görülüb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrıldıqdan sonra o, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyənin təşkili və menecmenti kafedrasında elmi və pedaqoji fəaliyyətini davam etdirir.