Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Binada partlayş: Usta 15-ci mərtəbədən yıxılıb öldü
turizm

Binada partlayş: Usta 15-ci mərtəbədən yıxılıb öldü

14-04-2026 15:00 27 Views
IMG

Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.

 

Tvit.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.

 

Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.

 

Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.