Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İlin ilk rübündə neçə subay qadın övladlığa uşaq götürüb?
sosial

İlin ilk rübündə neçə subay qadın övladlığa uşaq götürüb?

14-04-2026 11:00 26 Views
IMG

Bu ilin ilk 3 ayında 4 subay şəxs övladlığa uşaq götürüb.

 

Tvit.az "Report"a istinadla xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, həmin şəxslərin hər biri qadındır.

 

Qeyd edək ki, 2019-cu ildən indiyədək ümumilikdə 859 uşaq övladlığa verilib. Bu ilin ilk 3 ayı ərzində 40 uşaq övladlığa verilib. Onlardan 19-u qız, 21-i oğlandır. Yaş bölgüsünə görə, övladlığa verilən uşaqlardan 28-i 0-6 yaş, 8-i 7-11 yaş, 4-ü isə 12-18 yaş aralığındadır.