Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Millimiz Qazaxıstana məğlub oldu
sport

Millimiz Qazaxıstana məğlub oldu

13-04-2026 21:00 18 Views
IMG

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.

 

Tvit.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşıb.

 

Aktaudakı "BS Arena"da baş tutan görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də "BS Arena"da olacaq.

 

Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.