Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib
sosial

Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib

13-04-2026 13:00 28 Views
IMG

Hesablama Palatasının 2025-ci ildə keçirdiyi nəzarət tədbirləri nəticəsində 1 milyard 554 milyon manatlıq nöqsan aşkarlanıb.

 

Tvit.az xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

 

Onun sözlərinə görə, aşkarlanmış nöqsanların 584,8 milyon manatı uyğunsuzluqlar, 626,3 milyon manatı maliyyə təhrifləri, 342,9 milyon manatı isə səmərəsiz xərclərdən ibarət olub.

 

Sədr qeyd edib ki, büdcəyə hesablanmış zərərin 101,5 milyon manatı üzrə vəsaitin bərpası təmin edilib, 40,2 milyon manatlıq materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.