Keçmiş ədliyyə naziri Südabə Həsənova vəfat edib.

"Tvit.az" xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Südabə Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.

Südabə Həsənova 1995-2000-ci illərdə ədliyyə naziri, 2000-2005-ci ilərdə isə Ali Məhkəmənin sədri vəzifələrində işləyib.