Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvanın bəzi hissələrində qaz olmayacaq
sosial

Naxçıvanın bəzi hissələrində qaz olmayacaq

08-04-2026 11:00 70 Views
IMG

Naxçıvan şəhərinin bir sıra küçələrində aprelin 8-də qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Naxçıvan şəhər Əziz Əliyev prospektində aparılan təmir-bərpa işlərilə əlaqədar olaraq saat 12:30-dək 6 437 abonentin və 300 qeyri-yaşayış obyektlərinin qaz təchizatında fasilə yaranacaq.

 

Təmir-bərpa işləri zamanı 10-cu küçə, Çənlibel məhəlləsi, 36-cı məhəllə, 20-ci məhəllə, Məmməd Araz küçəsi, Xətai məhəlləsi, 48-ci məhəllə, 49-cu məhəllə, Əziz Əliyev küçəsi, Şahtaxtinski küçəsi, 9-cu məhəllə, 35-ci məhəllə, Ümid gənclər şəhərciyi, Sabir küçəsi, 11-ci məhəllə, 12-ci məhəllə, Qoçüstü məhəlləsi, "Cahan" ticarət mərkəzində qaz təchizatında məhdudiyyət olacaq.