Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sabunçu keçidi bağlandı – VİDEO
turizm

Sabunçu keçidi bağlandı – VİDEO

27-03-2026 20:00 24 Views
IMG

Paytaxt Bakıda müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə ciddi fəsadlara və subasmalara səbəb olub.

Tvit.az xəbər verir ki, güclü yağış nəticəsində şəhərin bir sıra küçə və prospektləri su altında qalıb.

Xüsusilə hər il bənzər mənzərənin yaşandığı Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma hadisəsi qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar tuneldə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.

Bundan başqa, Binə, Ramana və Sulutəpə qəsəbələrində də yağıntının miqdarının çox olması səbəbindən həyətyanı sahələri və yolları su basıb. Hazırda bəzi ərazilərdə hərəkətin çətinləşdiyi və nəqliyyatda sıxlıqların yarandığı bildirilir.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında analoji hava şəraiti zamanı Sabunçu keçidində iki nəfər boğularaq həlak olmuşdu./“Real TV/

Daha ətraflı videomaterialda: