İngiltərənin "Mançester Yunayted" klubu "Fulhem"in futbolçusu Entoni Robinsonu heyətinə qatmaq istəyir.
Tvit.az "Football Insider"ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi yayda "qırmızı şeytanlar"a keçə bilər.
London təmsilçisi ABŞ-dən olan oyunçunu ucuz qiymətə satmaq niyyətində deyil.
Qeyd edək ki, 2020-ci ildən "Fulhem"də çıxış edən Robinson cari mövsüm 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.