Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qızıl və digər qiymətli metallar ucuzlaşır
sosial

Qızıl və digər qiymətli metallar ucuzlaşır

24-03-2026 14:00 18 Views
IMG

Qızılın və digər qiymətli metalların qiymətlərində ucuzlaşma müşahidə olunur.

 

Tvit.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

 

Bakı vaxtı ilə saat 09:26-ya olan məlumata görə, Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex"də iyun ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti 64.96 dollar (1.46%) ucuzlaşaraq trua unsiyası üçün 4 374.54 dollara düşüb. Məlumata görə, son dörd gündə qızlın qiymətli 11.3% ucuzlaşıb.

 

May ayına çatdırılma ilə gümüş füçerslərinin qiyməti isə 3.83% ucuzlaşaraq trua unsiyası 66.7 dollara düşüb.

 

Aprel ayına çatdırılma ilə platin füçerslərinin qiyməti 2.62% azalaraq trua unsiyası üçün 1 824.65 dollar olub.

 

İyun ayına çatdırılma ilə palladium füçerslərinin qiyməti 2.68% azalaraq trua unsiyası üçün 1 400 dollara düşüb.

 

Nikel füçerslərinin qiyməti də 1.49% ucuzlaşaraq tonu 16.846 dollara qədər ucuzlaşıb.