Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Xocavəndə və Xanabad kəndinə növbəti köç karvanı yola salındı
sosial

Xocavəndə və Xanabad kəndinə növbəti köç karvanı yola salındı

19-03-2026 09:00 20 Views
IMG

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

 

Tvit.az xəbər verir ki, Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanı yola salınıb.

 

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

Bu mərhələdə Xocavənd şəhərinə 46 ailə (177 nəfər), Xanabad kəndinə isə 19 ailə (89 nəfər) köçürülüb.