Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Azərbaycan Suriyaya xurma tədarük etməyə başlayıb
iqtisadiyyat

Azərbaycan Suriyaya xurma tədarük etməyə başlayıb

16-03-2026 15:00 31 Views
IMG

Ötən il Azərbaycan 144,2 milyon ABŞ dolları dəyərində 187 min 545 ton xurma ixrac edib.

 

Tvit.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 22 % çoxdur.

 

Hesabat dövründə Azərbaycan Rusiyaya 106,52 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 % çox) 141 min 867 ton (+8 %), Ukraynaya 16,82 milyon ABŞ dolları dəyərində (+30 %) 17 min 407 ton (+8 %), Türkiyəyə 14,33 milyon ABŞ dolları dəyərində (+8dəfə) 21 min 401 ton (+8 dəfə), Belarusa 4,11 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 3 min 649 ton (+5 dəfə), Qazaxıstana 856 min ABŞ dolları dəyərində (+15 %) 1 min 605 ton (+44%) məhsul satıb.

 

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (10,7 min ABŞ dolları dəyərində 17,83 ton) həyata keçirilib.

 

2024-cü ildə Azərbaycanın ixrac etdiyi 154,3 min ton xurmanın 85,8 %-i Rusiyanın payına düşüb.