Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Lənkəranda yüzlərlə abonent qazsız qaldı - SƏBƏB
sosial

Lənkəranda yüzlərlə abonent qazsız qaldı - SƏBƏB

13-03-2026 15:00 21 Views
IMG

Lənkəran rayonu ərazisində Havzava və İstisu kəndlərini təbii qazla təchiz edən qaz xəttinin birləşmə nöqtəsində qaynaq tikişində güclü qaz sızması aşkar olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə saat 15:20-dən etibarən Havzava və İstisu kəndləri daxil olmaqla, ümumilikdə 1 300-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

 

Qeyd edilib ki, təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.