Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu ərazidə qaz olmayacaq
sosial

Bu ərazidə qaz olmayacaq

06-03-2026 12:00 51 Views
IMG

Bu gün Sumqayıt şəhərinin 9-cu mikrorayonundakı təxminən 2 000 abonentə təbii qazın verilişi müvəqqəti məhdudlaşdırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

 

Məlumata görə, diametri 89 millimetr olan qaz xəttində aşkar edilən sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq bu gün saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.