Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda məşhur restoran söküləcək
sosial

Bakıda məşhur restoran söküləcək

04-03-2026 20:00 17 Views
IMG

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək. 

 

Tvit.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

 

Bildirilir ki, "Xan Bağı" restoranın bir hissəsi "Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb. 

 

Məhkəmə "Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq  sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib. 

 

Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır. 

 

Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.