Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
sosial

Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək

03-03-2026 10:00 14 Views
IMG

Qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

 

Bildirilib ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.