Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
siyasət

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

02-03-2026 14:00 19 Views
IMG

Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.

 

Tvit.az xəbər verir ki, Norman Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təyin edilib.

 

"Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Böyük Britaniya ilə Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - yeni təyin olunmuş səfir "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Qeyd edək ki, Dunkan Norman səfir vəzifəsində Ferqus Auldu əvəz edəcək.