Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Mixay Popşoy Azərbaycana gəlir
sosial

Mixay Popşoy Azərbaycana gəlir

27-02-2026 18:00 12 Views
IMG

Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy martın 6-da Azərbaycana rəsmi səfər edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Report-a Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko bildirib.

 

"Səfər çərçivəsində həmin gün nazirin Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşləri nəzərdə tutulub", - o deyib.

 

Mixay Popşoy həmçinin Moldovanın Bakıdakı səfirliyində keçiriləcək Martişor bayramına həsr olunmuş tədbirdə iştirak edəcək. Görüş çərçivəsində həmçinin Moldava diasporunun nümayəndələri ilə görüş təşkil olunacaq.

 

Bayram münasibətilə uşaqlar üçün sapdan bəzəklərin (martişorların) hazırlanması üzrə ustad dərsi təşkil ediləcək.