Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakı aeroportunda taksi üçün ödəmə köşkləri quraşdırıldı
sosial

Bakı aeroportunda taksi üçün ödəmə köşkləri quraşdırıldı

26-02-2026 18:00 14 Views
IMG

Heydər Əliyev Beynəlxalq Aeroportunun baqaj bölməsində "Bakı Taksi Xidməti" MMC-nin ödəmə köşkləri quraşdırılıb.

 

Bu barədə Tvit.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

 

Məlumata görə, bu köşklər vasitəsilə sərnişinlər baqaj gözlədikləri vaxt "Bakı Taksi Xidməti"ndən maşın sifariş edə bilərlər. Sifariş zamanı həm nağd, həm də bank kartları ilə ödəniş imkanı mövcuddur. Sərnişinlər ödəmə köşkündə əvvəlcədən ünvan seçib sifariş etdikləri taksi ilə qəbz vasitəsilə rahat şəkildə səfərlərini həyata keçirə bilərlər.