Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Ərdoğanın baş müşaviri Rusiya XİN-in nümayəndəsi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib
siyasət

Ərdoğanın baş müşaviri Rusiya XİN-in nümayəndəsi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib

25-02-2026 22:00 23 Views
IMG

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

 

Tvit.az xəbər verir ki, Akif Çağatay Kılıç bu barədə "X" sosial şəbəkə hesabında payaşım edib.

 

"Görüş zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olunmasına yönəlmiş normallaşma prosesi və Cənubi Qafqazdakı son hadisələri müzakirə etdik", - deyə o, paylaşımda yazıb.