OpenAI-nin baş direktoru Sam Altman ChatGPT-nin istifadə etdiyi suyun miqdarı ilə bağlı iddiaların "tamamilə uydurma və reallığa uyğun olmadığını" deyib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Altman keçmişdə məlumat mərkəzlərində buxarlandırıcı soyutma sistemlərinin istifadə edildiyini və bunun su istehlakının artmasına səbəb olduğunu etiraf etdi, lakin bu metodun artıq tərk edildiyini vurğuladı.
O, bu gün yayılan yüksək su istehlakı iddialarının "tamamilə yalan" olduğunu bildirdi.
Aysel Şirinova