Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Gəncədə çərşənbə tonqalında bədbəxt hadisə - Gənc yanıq xəsarətləri aldı
turizm

Gəncədə çərşənbə tonqalında bədbəxt hadisə - Gənc yanıq xəsarətləri aldı

24-02-2026 21:00 41 Views
IMG

Gəncədə 17 yaşlı gənc yanıq xəsarətləri alıb.

 

Tvit.az "Teleqraf"a istinadla xəbər verir ki, 2009-cu il təvəllüdlü T.Şükürov bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun birinci dərəcəli termiki yanıq xəsarətləri aldığı qeyd olunur.

 

İlkin məlumata görə, gənc bayram çərşənbəsində yandırılan tonqalda xəsarət alıb. Onun müalicəsi davam etdirilir.