Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət İlham Əliyev Estoniya prezidentini təbrik etdi
siyasət

İlham Əliyev Estoniya prezidentini təbrik etdi

24-02-2026 11:00 48 Views
IMG

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib.

"Tvit.az"ın məlumatına görə, təbrikdə deyilir:

"Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".