Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb
sosial

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

05-02-2026 19:00 25 Views
IMG

Leyla Əliyeva fevralın 5-də Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, söhbət zamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyə və sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyata keçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalinin həssas təbəqələri üçün bərabər imkanların yaradılmasına kömək etdiyi barədə məlumat verilib.

 

Eyni zamanda, Heydər Əliyev Fondu ilə Zərqa Yaftalinin rəhbərlik etdiyi Qadınlar və Uşaqlar üzrə Hüquqi Araşdırmalar Fondu arasında əməkdaşlıq imkanlarına toxunulub, bu fondun fəaliyyətinin 100 mindən çox qadın və uşağın təhsilə, həmçinin hüquqi müdafiəyə çıxışını təmin etdiyi qeyd olunub.

 

Görüşdə həmçinin qlobal humanitar təşəbbüslərin həyata keçirilməsində ortaq məqsədlərin olduğu vurğulandı, qadın hüquqlarının qorunması və davamlı təhsilin təmin edilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.