Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda atasını qətlə yetirən 15 yaşlı qız saxlanıldı
turizm

Bakıda atasını qətlə yetirən 15 yaşlı qız saxlanıldı

04-02-2026 15:00 15 Views
IMG

Fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Tvit.az"a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.