Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm İlin ilk ayında dövlət sərhədində 6,5 milyon manatlıq qaçaqmal tutulub
turizm

İlin ilk ayında dövlət sərhədində 6,5 milyon manatlıq qaçaqmal tutulub

03-02-2026 13:00 24 Views
IMG

Bu ilin ilk ayında dövlət sərhədində 6,5 milyon manatdan çox qaçaqmal tutulub.

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 6 milyon 570 min 790 manat оlan qaçaqmal, о cümlədən pnevmatik tapança (darağı ilə birlikdə), dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.