Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Küləklə bağlı narıncı xəbərdarlıq edildi
sosial

Küləklə bağlı narıncı xəbərdarlıq edildi

02-02-2026 17:00 24 Views
IMG

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

"Tvit.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 3-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.