Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda beş faydalı qazıntı yatağı istifadəyə verildi
sosial

Azərbaycanda beş faydalı qazıntı yatağı istifadəyə verildi

02-02-2026 15:00 12 Views
IMG

İmişli rayonu “Bəhrəmtəpə II” qum-çınqıl yatağı “Retro Holding” MMC-yə 616000,00 manata bir illik istismara verilib. Yatağın hərracda başlanğıc qiyməti 21800,00 manat olub.

"Tvit.az" xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yerin təkindən istifadə ilə bağlı 29 yanvar 2026-cı il tarixində keçirilmiş hərracın nəticələri haqqında məlumatında bildirilir.

Hərracda həmçinin, Göyçay rayonu “Göyçay” qum-çınqıl yatağı, Ağsu rayonu “Ağsuçay” qum-çınqıl yatağı, Ağdam rayonu “Şelli” üzlük daşı (mərmərləşmiş əhəngdaşı) yatağı, Ağdam rayonu “Burundağ” üzlük daşı (mərmərləşmiş əhəngdaşı) yatağı da 1 il müddətinə müxtəlif MMC-lərə istismara verilib.