Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Xələf Xələfov Pakistanın xarici işlər naziri ilə görüşdü
siyasət

Xələf Xələfov Pakistanın xarici işlər naziri ilə görüşdü

30-01-2026 19:00 22 Views
IMG

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə hesabında paylaşılıb.

 

Görüş zamanı X.Xələfov Pakistanın xarici işlər nazirinə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (CICA) sədrliyi çərçivəsində davam edən təşəbbüslər barədə məlumat verib.

 

Pakistanın xarici işlər naziri İshaq Dar ölkəsinin Azərbaycanın CICA-dakı liderlik roluna və regional əməkdaşlığın və qarşılıqlı anlaşmanın təşviqi səylərinə tam dəstək verdiyini bir daha təsdiqləyib.

 

Tərəflər, həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər.