Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Hikmət Hacıyev BMT-nin müvəqqəti rezident əlaqələndiricisi ilə görüşdü
siyasət

Hikmət Hacıyev BMT-nin müvəqqəti rezident əlaqələndiricisi ilə görüşdü

30-01-2026 14:00 21 Views
IMG

BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

 

"Tvit.az" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndələyinin “X” səhifəsində məlumat verilib.

 

“İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmək şərəfinə nail olub. Azərbaycanın çoxtərəfliliyə sədaqəti və yeni Əməkdaşlıq Çərçivəsi (2026-2030) əsasında davamlı tərəfdaşlığımızla bağlı geniş müzakirə aparıldı. BMT-nin Azərbaycandakı nümayəndəliyinin bütün komandası Azərbaycanın davamlı inkişaf üçün milli prioritetlərini dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.