Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan və Monteneqro arasında əməkdaşlığın inkişafı müzakirə edilib
siyasət

Azərbaycan və Monteneqro arasında əməkdaşlığın inkişafı müzakirə edilib

29-01-2026 19:00 16 Views
IMG

Monteneqronun Baş nazirinin müavini - xarici işlər naziri Ervin İbrahimoviç və Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyev əməkdaşlığın inkişafını müzakirə ediblər.

 

Tvit.az xəbər verir ki, bu barədə Monteneqro XİN-in "X" hesabında məlumat verilib.

 

"Görüş zamanı Monteneqro və Azərbaycan arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu, həmçinin ölkələrin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə sadiqliyi təsdiqlənib. Siyasi dialoqun davam etdirilməsinin və həyata keçirilən yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb", - məlumatda qeyd olunub.

 

Tərəflər, həmçinin Monteneqronun Avropaya inteqrasiyası prosesini və ölkənin viza siyasətinin Aİ qanunvericiliyinə (acquis communautaire) uyğunlaşdırılması məsələlərini müzakirə ediblər.