Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Amerikalı tennisçi məğlub olduqdan sonra raketkasını sındırıb
sport

Amerikalı tennisçi məğlub olduqdan sonra raketkasını sındırıb

27-01-2026 18:00 8 Views
IMG

Dünya reytinqinin 3-cü qadın tennisçisi amerikalı Kori Qauff Avstraliya Açıq Çempionatında məğlub olduqdan sonra raketkasını darmadağın edib.

 

Tvit.az-ın RBC-yə istinadən verdiyi məlumata görə, 21 yaşlı Qauff dörddəbir finalda ukraynalı Elina Svitolinaya 6:1, 6:2 hesabı ilə məğlub olub.

 

Matçdan sonra Qauff raketkasını bir neçə dəfə çırparaq sındırıb.

 

Qauff ardıcıl ikinci il Avstraliya Açıq Çempionatının dörddəbir finalında uduzub və ən yaxşı nəticəsi 2024-cü ildə yarımfinala vəsiqə qazanması olub. Amerikalı, həmçinin ABŞ Açıq Çempionatlarında (2023) və Rolan Qarros (2025) qələbə qazanıb.