Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Mançester Yunayted"in futbolçusu "Yuventus"un diqqət mərkəzinə düşüb
sport

"Mançester Yunayted"in futbolçusu "Yuventus"un diqqət mərkəzinə düşüb

26-01-2026 19:00 16 Views
IMG

İngiltərə təmsilçisi "Mançester Yunayted"in hücumçusu Coşua Zirkzeni karyerasını İtaliyada davam etdirə bilər.

 

Tvit.az "Sky Italy" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" 24 yaşlı niderlandlı futbolçunun transferində maraqlıdır.

 

Turin kollektivi hücum xəttini gücləndirmək üçün Zirkzeni əsas namizədlərdən biri kimi dəyərləndirir.


Zirkze "qırmızı şeytanlar"ın Premyer Liqada "Mançester Siti" və "Arsenal"a qarşı keçirdiyi son iki oyunda heyətə daxil edilməyib. Mövcud durum futbolçunun komandadakı mövqeyi ilə bağlı suallar yaradıb.

 

Qeyd edək ki, daha əvvəl oyunçu ilə İtaliyanın digər klubu – "Roma"nın da maraqlandığı bildirilirdi.