Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes Bakıda 11 evim, 26 maşınım və 43 bağım var - Fərda
şou-biznes

Bakıda 11 evim, 26 maşınım və 43 bağım var - Fərda

23-01-2026 20:00 13 Views
IMG

Fərda Aminin var-dövləti ilə bağlı açıqlaması studiyada gülüş doğurub.

 

Tvit.az Milli.az-a istinadla xəbər verir ki, aktyor qonaq olduğu televiziya verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.

 

O, Bakıda 11 evi, 26 avtomobili və 43 bağ sahəsinin olduğunu bildirib:

 

"Bakıda 11 evim, 26 maşınım və 43 bağım var. Onların hamısını birləşdirib 20 edəcəyəm, sayları çoxdur, gəzib qurtara bilmirəm", - deyə aktyor qeyd edib.

 

Bir qədər sonra isə Fərda Aminin bu sözləri zarafatla dediyi məlum olub. Sözügedən anlar studiyanın qonaqları və aparıcı tərəfindən gülüşlə qarşılanıb.

 

Qeyd edək ki, aktyorun zarafatla etdiyi açıqlama sosial şəbəkələrdə də maraqla qarşılanıb.