Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Ermənistan prezidenti: "İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir"
siyasət

Ermənistan prezidenti: "İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir"

20-01-2026 21:00 29 Views
IMG

"Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə nə isə əlavə etmək çətindir. Mən sadəcə təkrar etməyə məcburam".

 

Tvit.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı bildirib.

 

"Bəli, Azərbaycan Prezidentinin dedikləri ilə mənim fikirlərim üst-üstə düşür. Orta dəhliz marşrutu reallaşdıqca və Cənubi Qafqazın yeni logistika imkanları artdıqca regionumuz Avropa və Asiya ölkələri üçün daha mühüm əhəmiyyat daşımağa başlayır. Azərbaycan uzun illərdir ki, tranzit imkanlarını genişləndirir. Ümid edirik ki, Ermənistan da Azərbaycanın bu tranzit imkanlarından yararlanacaq", - deyə Xaçaturyan qeyd edib.