Seneqal millisinin hücumçusu Sadio Mane milli komandadakı karyerasını bitirəcəyi tarixlə bağlı danışıb.
Tvit.az xəbər verir ki, bu barədə ulduz futbolçu "Bein Sports"a danışıb.
O, Seneqal millisi ilə 2026-cı il dünya çempionatında oynamaq istədiyini, daha sonra isə beynəlxalq futbol karyerasını bitirəcəyini bildirib:
"DÇ-2026-da oynamağa çalışacağam və sonra beynəlxalq futboldan təqaüdə çıxacağam. Səudiyyə Ərəbistanı liqası çox rəqabətlidir və çox güclüdür, insanlar bunu bilməlidirlər. Bu, dünyanın ən yaxşı liqalarından biridir".
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda oynayan 33 yaşlı futbolçu turnir ərzində iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.