Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Dövrünün ən hündür qadın basketbolçusu vəfat edib
sport

Dövrünün ən hündür qadın basketbolçusu vəfat edib

09-01-2026 18:00 42 Views
IMG

SSRİ yığmasının tərkibində basketbol üzrə ikiqat Olimpiya çempionu olmuş Ulyana Semyonova 74 yaşında vəfat edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Latviya Basketbol Assosiasiyasının Mətbuat Xidməti məlumat yayıb.

 

"Ulyananı tanıyanlara, hörmət edənlərə, sevənlərə, ailəsinə və hər kəsə dərin hüznlə başsağlığı veririk", - deyə məlumatda qeyd olunub.

 

Semyonova ikiqat Olimpiya çempionu (1976, 1980), üçqat dünya çempionu (1971, 1975, 1983) və onqat Avropa çempionudur. Riqa TTT klubunun tərkibində Avropa çempionlar kubokunu (qadınlar üzrə Avropa Liqası) on bir dəfə qazanıb.

 

Semyonovanın adı FIBA Şöhrət Zalına (2007-ci ildən) və Basketbol Şöhrət Zalına (1993-cü ildən) daxil edilib.

 

Semyonova 210 sm boyu ilə öz dövrünün ən hündür və ən titullu qadın basketbolçusu olub.