Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycanla İordaniya arasında Əməkdaşlıq Proqramı təsdiqləndi - FƏRMAN
siyasət

Azərbaycanla İordaniya arasında Əməkdaşlıq Proqramı təsdiqləndi - FƏRMAN

06-01-2026 14:00 68 Views
IMG

Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” təsdiq edilib.

 

"Tvit.az" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

 

Fərmana görə, İcraedici Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İcraedici Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərməlidir.

 

Qeyd edək ki, Proqram 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.