Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Şamaxıda buzlu yolda köməksiz qalan İKİSİ UŞAQ OLMAQLA beş nəfər xilas edildi
turizm

Şamaxıda buzlu yolda köməksiz qalan İKİSİ UŞAQ OLMAQLA beş nəfər xilas edildi

02-01-2026 18:00 15 Views
IMG

Şamaxı rayonunda yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyinə cəlb olunublar.

 

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BAIC markalı minik avtomobilində beş nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi uşaq olmaqla beş nəfərə müvafiq köməklik göstərilib", - məlumatda qeyd olunub.