"Real Madrid"in fransalı futbolçusu Kilian Mbappe diz bağlarından aldığı zədə səbəbindən azı üç həftə meydanlardan kənarda qalacaq.
Tvit.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Məlumata görə, hücumçu yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku uğrunda oyunları buraxmalı olacaq.
Qeyd edək ki, turnirdə "Real"dan başqa "Barselona", "Atletik Bilbao" və "Atletiko Madrid" də iştirak edəcək.